İllik maliyyə (mühasibat) hesabatlarının auditi
Maliyyə hesabatlarının auditinin bir neçə əsas məqsədi var
- Beynəlxalq maliyyə uçot standartlarına uyğun maliyyə hesabatının auditi;
- Maliyyə hesabatlarının tərtib edilməsi və nəzərdən keçirilməsi;
- Maliyyə təsərrüfat əməliyyatlarının vergi qanunvericiliyinə uyğunluğunun yoxlanılması.
Maliyyə hesabatlarının auditi 4 vacib mərhələdən ibarətdir
- Razılaşma:
İşi yerinə yetirməzdən əvvəl auditorlar əsas şərtləri və müddəaları öz müştəriləri ilə müzakirə etməlidirlər. Auditorlar həmçinin, müəssisənin auditin öhdəsindən gəlib-gəlməyəcəyini görmək üçün bu mərhələdə təhlilöncəsi yoxlama aparmalı və müştərini lazımi şəkildə araşdırmalıdır. - Planlaşdırma:
Audit prosesinin planlaşdırılması vacibdir. Bu mərhələdə auditor tətbiq ediləcək audit yanaşmasını seçə bilər, resurslar ayıra bilər və müştəri mühitini, müştərinin daxili nəzarət sistemini başa düşə bilər. - İcra:
İcra mərhələsində şirkətin auditi həyata keçirilir. Audit prosesinin başlamasından əvvəl audit ilə bağlı bütün müvafiq məlumatlar auditora təqdim edilir. Auditorlar müştərinin anbarında saxlanılan inventarları yoxlaya və inventarların illik sayım prosesində iştirak edə bilərlər. - Hesabatvermə:
Hesabatvermə audit prosesinin sonuncu mərhələsidir. Bu mərhələdə, auditorlar özlərinin audit müşahidələrini və audit nəticələrini əks etdirən hesabat hazırlayırlar.
Maliyyə hesabatlarının auditi 4 vacib mərhələdən ibarətdir
İşi yerinə yetirməzdən əvvəl auditorlar əsas şərtləri və müddəaları öz müştəriləri ilə müzakirə etməlidirlər. Auditorlar həmçinin, müəssisənin auditin öhdəsindən gəlib-gəlməyəcəyini görmək üçün bu mərhələdə təhlilöncəsi yoxlama aparmalı və müştərini lazımi şəkildə araşdırmalıdır.
Audit prosesinin planlaşdırılması vacibdir. Bu mərhələdə auditor tətbiq ediləcək audit yanaşmasını seçə bilər, resurslar ayıra bilər və müştəri mühitini, müştərinin daxili nəzarət sistemini başa düşə bilər.
İcra mərhələsində şirkətin auditi həyata keçirilir. Audit prosesinin başlamasından əvvəl audit ilə bağlı bütün müvafiq məlumatlar auditora təqdim edilir. Auditorlar müştərinin anbarında saxlanılan inventarları yoxlaya və inventarların illik sayım prosesində iştirak edə bilərlər.
Hesabatvermə audit prosesinin sonuncu mərhələsidir. Bu mərhələdə, auditorlar özlərinin audit müşahidələrini və audit nəticələrini əks etdirən hesabat hazırlayırlar.
