Audit xidməti
Audit – əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun sürətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. “PROFESSİONAL FİNANCİAL EXPERTS” Məhdud Məsuliyyətli Cəmiyyəti audit olunan şirkətin maliyyə hesabatlarının düzgünlüyünü yoxlayarkən eyni zamanda da, şirkətin maliyyə vəziyyətini, hesabat nəticələrini və pul vəsaitlərini nəzərdən keçirərək, hesabatların dolğun və dəqiq əks etdirilməsini təşkil edirik.
Bütün bunlarla bərabər audit nəticələrin təsdiqlənməsi, problemlər haqqında erkən xəbərdarlıq, biznesin qorunması, sirkətin məqsədinə uyğun proqnozların verilməsi və planların tərtibidir. Bir sözlə audit işi gələcək davamlı uğurlarınız üçün vacib amildir. Biz ”PROFESSİONAL FİNANCİAL EXPERTS” MMC olaraq uğura gedən bu yolda bir addım öndə olacağınızı iddia edirik.
“PROFESSİONAL FİNANCİAL EXPERTS” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq aşağıdakı audit xidmətlərini təklif edirik:
- İllik maliyyə (mühasibat) hesabatlarının auditi:
- Beynəlxalq maliyyə uçot standartlarına uyğun maliyyə hesabatının auditi;
- Maliyyə hesabatlarının tərtib edilməsi və nəzərdən keçirilməsi;
- Maliyyə təsərrüfat əməliyyatlarının vergi qanunvericiliyinə uyğunluğunun yoxlanılması.
- Xüsusi təyinatlı hesabatlar və tapşırıqlar üzrə rəy:
- Nizamnamə kapitalının formalaşdırılmasının təsdiqi;
- Vergi bəyannamələri üzrə rəy;
- Dövlət satınalmalarında iştirak edən müəssisələrlə bağlanan müqavilələr üzrə rəy;
- Aidiyyatı olan şəxslərlə bağlanan müqavilələr üzrə rəy;
- Daxili nəzarət sisteminin qiymətləndirilməsi;
- İnformasiya sistemləri və nəzarət sisteminin təftişi;
- Xüsusi təyinatlı hesabatlar və tapşırıqlar üzrə rəy.
- Əmlak və digər mülkiyyət obyektlərinin qiymətləndirilməsinin düzgünlüyünün təsdiqi:
- Maddi aktivlərin qiymətləndirilməsi üzrə;
- İntellektual mülkiyyət obyektlərinin və “know-how”-ların qiymətləndirilməsi üzrə.
